"Barselona"da Olmonu itirdi

İdman

21.01.2025 18:20

"Barselona" futbol klubunun yarımmüdafiəçisi Daniel Olmo zədələnib. 

TodayPress xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb. 

Futbolçu La Liqanın XX turunda "Xetafe" ilə matçda (1:1) sıradan çıxıb.   

Tibbi müayinədən keçən Olmonun ən az 10 gün yaşıl meydanlardan kənarda qalacağı məlum olub. 

Nəticə Daniel Olmo Çempionlar Liqasında "Benfika"ya (21 yanvar) və La Liqada "Valensiya"ya (26 yanvar) qarşı keçiriləcək oyunları buraxacaq.   

Qeyd edək ki, cari mövsüm Olmo meydana çıxdığı 18 oyunda 6 qol vurub və 3 məhsuldar ötürmə edib.   

Namiq HUN

tag: Barselona,Mundo Deportivo,Daniel Olmo ,Qol,Todaypress.az,