“Barselona”da maaşlar 160 milyon avro azaldı

İdman

19.10.2024 17:50

“Barselona”nın prezidenti Xuan Laporta klubun idman direktoru Dekunun, eləcə də baş məşqçi Hans-Diter Flikin keyfiyyətli işini qeyd edib.

TodayPress xəbər verir ki, Kataloniya təmsilçisinin rəhbəri hər iki futbol funksionerinin işindən çox razı olduğunu bildirib:

“Biz Flikin komandadakı işindən, həmçinin maaşların 160 milyon avro azaldılmasına nail olan idman direktoru Dekunun işindən çox razıyıq. Əvvəllər futbolçuların maaşlarının klubun ümumi gəlirlərinə nisbəti 91 faiz idisə, hazırda bu göstərici 53 faizdir. Bundan əlavə, biz 80 milyon avro dəyərində oyunçu satdıq” Laporta deyib.

Qeyd edək ki, “Barselona” cari La Liqa mövsümündə IX turdan sonra 24 xalla liderdir.

Namiq HUN

tag: Kataloniya, Barselona, La Liqa,Hans-Diter Flikin, Dekun, todaypress.az,