"Barselona"da futbolçu məşqə buraxılmadı

İdman

04.09.2024 10:45

İspaniyanın "Barselona" futbol klubunun baş məşqçisi Hans-Diter Flik komandanın liderlərindən birini məşqdən kənarlaşdırıb.

TodayPress xəbər verir ki, məşqçi futbolçu məşqə gecikdiyindən bu addımı atıb.

Adı açıqlanmayan oyunçulardan biri yatıb qaldığı üçün məşqə gecikməsi onun hazırlıqdan kənarda qalmasına səbəb olub. 

Qeyd edək ki, almaniyalı mütəxəssis Kataoniya klubunda ciddi intizam qaydaları tətbiq edib. "Barselona" yeni mövsüm Flikin rəhbərliyi altında keçirdiyi 4 oyunu qələbə qazanıb.

Namiq HUN

tag: İspaniya, Barselona, Futbol, Məşq, Hans-Diter, Kataoniya, todaypress.az,