“Barselona” yay transfer planını açıqladı

İdman

14.05.2025 09:10

9

İspaniya çempionu titulunu qazanacağına şübhə qalmayan La Liqa lideri “Barselona” yayda heyətdə əsaslı dəyişikliklər edəcək. 

TodayPress xəbər verir ki, Kataloniya təmsilçisinin müdafiəçiləri Ronald Arauxo və Hektor Fort, yarımmüdafiəçilər Fermin Lopes, Qavi, Pablo Torres təklifləri dəyərləndirəcəklər. 

Frenki de Yonq yeni müqavilə bağlamayacağı təqdirdə transferə çıxarılacaq. 

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik hücumçular Pau Viktor və Ansi Fati ilə də yollarını ayıracaq. 

Qeyd edək ki, “Barselona” mövsümün bitməsinə 3 tur qalmış ən yaxın izləyicisi "Real"ı 7 xal qabaqlayır. 

Namiq HUN

tag: İspaniya,Barcelona,Real,Futbol,