“Barselona” Yamalın son durumunu açıqladı
İdman
15.10.2024 16:44
İspaniya millisinin düşərgəsində zədə alan Lamin Yamalın son durumu məlum olub.
TodayPress klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, vingerin bud nahiyəsində əzələ gərginliyi aşkarlanıb.
Laminin dəqiq bərpa müddəti məlum deyil. “Barselona”nın düşərgəsinə qayıdan futbolçunun bir neçə həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.
Namiq HUN
tag: İspaniya ,Barselona, Lamin ,Vinger ,Milli , todaypress.az,