"Barselona" Tanı transfer etmək istəyir

İdman

14.12.2024 13:58


"Barselona" futbol klubu "Bayer 04"ün müdafiəçisi Conatan Tanı transfer etmək istəyir.

TodayPress xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniya təmsilçisi Almaniya millisinin üzvünü cari mövsümün sonu azad agent kimi sıralarına cəlb etməyi planlaşdırır.Tanın leverkuzenlilərlə müqavilə müddəti 2025-ci ilin yayında başa çatacaq.

Qeyd edək ki, 25 yaşlı futbolçu 10 ildir "Bayer 04" komandasının şərəfini qoruyur. O, cari mövsüm 23 görüşdə iştirak edib və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Namiq HUN

tag: Barselona, Futbol ,Klub, Komanda, todaypress.az,