"Barselona" Şensnı ilə müqavilə müddətini daha 1 il artıra bilər

İdman

15.02.2025 07:56

2433

"Barselona" qapıçısı Voytsex Şensnı ilə müqavilə müddətini daha 1 il artıra bilər.

TodayPress "Sport.es" nəşrinə istinadən xəbər verir ki, bu barədə kataloniyalıların idman direktoru Deku bildirib.

O, polşalı qolkiperin vacib oyunçu olduğunu və razılaşacağı təqdirdə sözləşmə müddətini daha 1 il uzatmağın mümkünlüyündən danışıb.

Qeyd edək ki, V.Şensnı 2024-cü ildə "Yuventus"dan (İtaliya) ayrılaraq karyerasını başa vurduğunu açıqlamışdı. Daha sonra 34 yaşlı "əlcək sahibi" ötən ilin oktyabrında "Barselona" ilə cari mövsümün sonuna qədər müqavilə imzalayıb.

tag: Barselona, Futbol, Müqavilə, Şensi,Yuventus, todaypress.az,