“Barselona” səfərdə, “Atletiko” isə evdə geridönüş etdi
UEFA Çempionlar Liqasının Liqa mərhələsində VII turun ilk oyunları keçirilib.
TodayPress xəbər verir ki, turun ən dramatik qarşılaşmalarından biri Lissabonda baş tutub.
“Benfika” və “Barselona” komandalarının görüşündə qapılara 9 top vurulub. Kataloniyalılar 2:4 hesabı ilə uduzsalar da, Lissabondan 3 xalla dönməyi bacarıblar. Rafinya qələbə qolunu 90+6-cı dəqiqədə vurub 5:4.
Daha bir maraqlı görüş Madriddə “Atletiko” və “Bayer 04” komandaları arasında baş tutub.
Oyunda referi ikisi qırmızı olmaqla yeddi vərəqə göstərib. “Atletiko” matçda 0:1 hesabı ilə uduzmasına baxmayaraq, geridönüş etməyi bacarıb 2:1.
Turun digər görüşlərinin nəticələri “Liverpul” (İngiltərə) - “Lill” (Fransa) - 2:1 “Bolonya” (İtaliya) - “Borussiya Dortmund” (Almaniya) - 2:1 “Atalanta” (İtaliya) - “Şturm” (Avstriya) - 5:0 “Monako” (Fransa) – “Aston Villa” (İngiltərə) - 1:0 “Slovan” (Slovakiya) - “Ştutqart” (Almaniya) - 1:3 “Brügge” (Belçika) - “Yuventus” (İtaliya) - 0:0 “Srvena Zvezda” (Serbiya) - PSV (Niderland) - 2:3
Namiq HUN
tag: UEFA,Tur,Liverpul,Madrid,Todaypress.az,