“Barselona” rekord məbləğ qazanacaq

İdman

09.11.2024 17:00

“Barselona” futbol klubunun İdarə Heyətinin üzvləri “Nike” ilə əməkdaşlıqla bağlı qərar verib.

TodayPress xəbər verir ki, RAC1 məlumat yayıb.

Klubun direktorlar şurasının iclasında ABŞ brendi ilə şifahi formada mövcud olan müqavilənin ratifikasiyasına səs verilib.

Kataloniyalıların şirkətlə 10 illik müqavilə bağlayacağı və hər mövsümə orta hesabla 140 milyon avro qazanacağı bildirilir. Bu, texniki tərəfdaşlıq sahəsində rekord məbləğ ola bilər.


Namiq HUN

tag: Bacselona, Nike, Futbol, İdman, ABŞ brendi, todaypress.az,