“Barselona” “Real Madrid”i darmadağın etdi

İdman

13.01.2025 09:23

Futbol üzrə İspaniya Superkubokunun qalibi məlum olub.

TodayPress xəbər verir ki, Səudiyyə Ərəbistanının Ciddə şəhərində baş tutan final matçında “Barselona” “Real Madrid”ə 5:2 hesabı ilə qalib gəlib.

"King Abdullah Sports City" qarşılaşmasında hesabı “Real” açsa da, Kataloniya təmsilçisi əzmkar qələbə qazanıb. Rafinyanın dubl etdiyi matçda Lamin Yamal, Robert Levandovski və Alexandro Balde qapını dəqiq nişan alıblar. “Kral klubu”nun heyətində isə Kilian Mbappe və Rodriqo fərqlənib. 

Qeyd edək ki, “Barselona” matçın 56-cı dəqiqəsindən meydanda azlıqda qalıb. Qapıçı Voytsex Şesnı referidən qırmızı vərəqə alıb.

“Barselona” 15-ci dəfə İspaniya Superkubokuna sahib çıxmaqla rekorda imza atıb. “Real” isə 13 dəfə kuboku qazanıb. 

Xatırladaq ki, madridlilər 2024-cü ildə finalda “Barselona”nı 4:1 hesabı ilə məğlub edərək turnirin qalibi olub.

Namiq HUN

tag: Superkubok ,Futbol ,Barselona ,Madrid ,todaypress.az,