“Barselona” “Qızıl top”un qalibini heyətdə saxladı
İdman
17.09.2024 11:05
Qadın futbolçulardan ibarət “Barselona” klubu Aytana Bonmati ilə müqavilənin müddətini uzadıb.
TodayPress xəbər verir ki, 26 yaşlı futbolçunun klubla sözləşməsi 2028-ci ilin yayına kimi artırılıb.
Qeyd edək ki, Bonmati kataloniyalılarla 275 oyunda 96 qol vurub. Klub tarixinin bombardiri “Barselona” ilə 23 titul qazanıb. O, ötən il “Qızıl top” mükafatının sahibi olub.
Namiq HUN
tag: Barselona, Aytana Bonmati ,Müqavilə, Qızıl Top ,Titul, todaypress.az,