“Barselona” qələbəni əldən verdi

İdman

26.02.2025 10:03

1766

İspaniya kubokunda yarımfinal mərhələsinin oyunlarına start verilib.   

TodayPress xəbər verir ki, ilk oyun günündə “Barselona” “Atletiko" ilə qarşılaşıb. 

Gərgin və dramatik keçən “Luis Kompanis” qarşılaşması 4:4 hesabı ilə başa çatıb.  Hər iki komandanın taktiki yanaşmaları və oyunçuların fərdi bacarıqları matçın həyəcanını artırıb.

“Atletiko” ilk yarıda Xulian Alvares və Antuan Qrizmannın qolları ilə hücum potensialını nümayiş etdirsə də, “Barsa” oyunda geri dönüşü təmin edərək fasiləyə hesabda üstün yollanmağı bacarıb.

Kataloniya təmsilçisinin heyətində Pedri, Pau Kubarsi və İnyiqo Martines fərqlənib 3:2.   

İkinci hissədə “Barselona” Robert Levandovskinin qolu ilə fərqi artırsa da, “Atletiko” Markos Lyorente və Aleksander Syorlotun qolları ilə məğlubiyyətdən qaça bilib. 

Bu komandalar arasında cavab oyunu aprelin 2-də keçiriləcək. Cütün qalibi finalda “Real Madrid” – “Real Sosyedad” duelinin güclüsü ilə üz-üzə gələcək.   

Namiq HUN

tag: Real Madrid,Atletiko Madrid,Futbol,Klub,Todaypress.az,