"Barselona" qapıçısı ilə yollarını ayıracaq
İspaniyanın "Barselona" komandası
cari mövsümün sonunda qapıçısı İnyaki Penya ilə yollarını ayıracaq.
TodayPress "AS" nəşrinə istinadən xəbər
verir ki, kataloniyalılar 26 yaşlı qolkiperin xidmətində maraqlı deyil.
"Əlcək sahibi"nin vaxtilə icarə əsasında çıxış
etdiyi "Qalatasaray" (Türkiyə) klubu onu transfer etməyi düşünür.
Qeyd edək ki, "Barselona" cari mövsümün
gedişində ciddi zədələnən qapıçı Mark-Andre ter Şteqenin əvəzinə Voytsex
Şensnını heyətinə qatıb.
tag: Barselona, İspaniya, Qalatasaray, Türkiyə, todaypress.az,