“Barselona” prezidentinin istefası tələb olunur

İdman

05.01.2025 17:02

"Barselona"nın rəhbərliyinə daxil olan müxalif qruplar prezident Joan Laporta və klubun idarə heyətini istefaya çağırıb. 

TodayPress xəbər verir ki, müvafiq bəyanat Kataloniya klubu ilə əlaqəli on qrup, platforma və assosiasiya tərəfindən dərc olunub. 

Bu tələbin başında, müvafiq olaraq, “Si al Futur” və “Some un clam”ın rəhbərləri - klub prezidentliyinə namizədlər Viktor Font və Joan Kamprubi dayanır.

Laporta onların tələblərini qəbul etməkdən imtina etsə, müxaliflər prezidentə etimadsızlıq səsverməsi keçirə bilərlər. 

Qeyd olunur ki, qərarın əsas səbəblərindən biri klubun yarımmüdafiəçi Dani Olmo və hücumçu Pau Viktoru qeydiyyatdan keçirə bilməməsi, həmçinin Nike ilə müqavilənin uzadılması prosesidir.  

tag: Barselona,Joan Laporta ,İstefa ,Pau Viktor,Todaypress.az,