“Barselona” Olmonu qeydiyyatdan keçirə bilmir

İdman

27.12.2024 23:30

“Barselona” yarımmüdafiəçisi Daniel Olmonu 2024/25 mövsümünün sonuna kimi La Liqada qeydiyyatdan keçirə bilməyəcək.

TodayPress xəbər verir ki, Kataloniya məhkəməsi bununla bağlı qərar çıxarıb.

Əgər “Barselona” dekabrın 31-nə qədər bu qərara digər məhkəmədə etiraz edə bilməsə, yarımmüdafiəçi mövsümün ikinci hissəsində Kataloniya klubunda oynaya bilməyəcək və azad agent statusu alacaq. Oxşar bənd futbolçunun “Barselona” ilə müqaviləsində də yazılıb. 

Qeyd edək ki, cari mövsüm Daniel Olmo kataloniyalıların heyətində bütün yarışlarda 15 oyun keçirib, 6 qol vurub və 1 məhsuldar ötürmə edib.

Namiq HUN

tag: Barselona, Kataloniya, Klub, Daniel ,todaypress.az,