“Barselona” nöqtəni qoydu

İdman

15.11.2024 11:10

“Barselona”nın direktoru Deku Mark-Andre ter Ştegenin zədəsi səbəbindən yeni qapıçı axtarışlarını şərh edib.

TodayPress xəbər verir ki, o, Ter Ştegeni əvəz etmək üçün heç kimlə müqavilə imzalamaq fikrində olmadıqlarını bildirib. 

“Bizim prioritetimiz qapıçımızı uzun müddət saxlamaqdır. Yalnız ona ehtiyacımız var. Tezliklə Ter Stegenə yeni üç illik müqavilə təklif olunacaq. 

Dioqo Kosta ilə müqavilə imzalamaq istəyirik, amma düşünürəm ki, “Barselona”nın ehtiyat qapıçısı olmaq perspektivi çətin ki, ona yaraşsın. Biz onunla müqavilə imzalamaq üzərində işləmirik” Deku vurğulayıb.

Namiq HUN

tag: Barselona,Deku Mark-Andre ter Ştegen, Zədə,Dioqo Kosta, todaypress.az,