“Barselona” müdafiəçisini itirdi
“Barselona” klubunun futbolçusu Andreas Kristensen yenə zədələnib.
TodayPress Kataloniya təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, müdafiəçi komandanın məşqində sıradan çıxıb.
Onun təxminən üç həftə yaşıl meydanlardan kənarda qalacağı bildirilib.
Daha əvvəl də zədəli olan 28 yaşlı danimarkalı futbolçu 10 gün əvvəl sıraya dönmüşdü.
Namiq HUN
tag: Barselona,Andreas Kristensen,Kataloniya ,todaypress.az,