“Barselona” müdafiəçisi ilə yollarını ayıracaq

İdman

07.05.2025 16:37

13

“Barselona” klubu yay transferibdə futbolçusu Andreas Kristensenlə yollarını ayıracaq.   

TodayPress xarici mətbuata istinadən xəbər verir ki, Kataloniya təmsilçisi müdafiəçinin tez-tez zədələnməsi və maliyyə şərtləri səbəbindən müqaviləsinə vaxtından əvvəl xitam verəcək. 

Danimarkalı futbolçu cari mövsüm 3 matçda cəmi 123 dəqiqə oynamaq şansı əldə edib. 

Qeyd edək ki, “Mançester Yunayted” klubu Andreas Kristensenin transferində maraqlıdır.   

Namiq HUN

tag: Barselona,Andreas Kristensen,Klub,Vida,Todaypress.az,