“Barselona” Martinesi transfer etmək istəyir
“Barselona” futbol klubu “İnter”in argentinalı hücumçusu Lautaro Martinesi heyətinə qatmaq istəyir.
TodayPress “El Gol Digital” nəşrinə istinadla xəbər verir ki, Kataloniya təmsilçisi 27 yaşlı futbolçunu klubun polşalı forvardı Robert Levandovskiyə əvəzləyici kimi görür.
Qeyd edək ki, Lautaro Martines cari mövsüm Milan təmsilçisinin heyətində 29 oyuna çıxıb.
O, bu görüşlərdə 12 qol vurub və 6 məhsuldar ötürmə edib.
Namiq HUN
tag: Barselona,Futbol,Klub,Kataloniya,Todayprerss.az,