"Barselona" Levandovski ilə bağlı qərarını verdi

İdman

06.12.2024 12:35

"Barselona" klubu futbolçusu Robert Levandovskinin gələcəyi ilə bağlı qərar verib.

TodayPress xəbər verir ki, Kataloniya təmsilçisinin rəhbərliyi hücumçunun çıxışından razı qalıb və növbəti mövsümdə də onun xidmətindən yararlanmaq niyyətindədir. 

Bununla da 36 yaşlı polşalı oyunçunun müqaviləsi avtomatik olaraq 2026-cı ilin yayına qədər uzadılacaq.

Bu mövsüm Robert Levandovski "Barselona"nın heyətində 20 matçda iştirak edib, 22 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. 

"Transfermarkt" portalında futbolçunun transfer dəyəri 15 milyon avro qiymətləndirilib. 

Namiq HUN

tag: Polşa , Matç ,Kataloniya ,Hücum, todaypress.az,