“Barselona” Levandovski ilə bağlı qərar verdi
İdman
25.11.2024 12:53
“Barselona” futbol klubunun rəhbərliyi Robert Levandovskinin gələcəyi ilə bağlı qərar qəbul edib.
TodayPress “Sport.es”ə istinadən xəbər verir ki, Kataloniya təmsilçisi növbəti mövsümdə də 36 yaşlı hücumçuya güvənəcək.
Qeyd edək ki, polşalı futbolçu cari mövsüm “Barselona”nın heyətində bütün turnirlərdə 18 matçda iştirak edib. O, bu görüşlərdə 20 qol vurub və 2 məhsuldar ötürmə edib.
“Transfermarkt” portalında futbolçunun transfer dəyəri 15 milyon avro qiymətləndirilir.
Namiq HUN
tag: Barselona, Robert Levandovski, Kataloniya, Transfermarkt, todaypress.az,