“Barselona” labirintdən “çıxış yolu” tapdı
İdman
08.01.2025 18:37
“Barselona” klubu futbolçuları Dani Olmo və Viktor Paunu müvəqqəti qeydiyyatdan keçirə biləcək.
TodayPress, “Cadena SER” nəşrinə istinadən xəbər verir ki, məhkəmə işə baxdığı müddətdə futbolçulara üç aylıq lisenziya verilə bilər.
Məhkəmə “Barselona”nın tələbinin qanuni əsasa malik olduğunu qəbul edir. Klubun təqdim etdiyi sənəddə araşdırılmalı kifayət qədər arqumentlər var.
Xatırladaq ki, La Liqa və İspaniya Kral Futbol Federasiyası (RFEF) Dani Olmo və Viktor Paunu qeydiyyatdan keçirməkdən imtina etdikdən sonra “Barselona” İspaniya Ali İdman Şurasına (CSD) müraciət edib.
Namiq HUN
tag: Barselona,Dani Olmo,Viktor Pau,RFEF,La Liqa,todaypress.az,