“Barselona” Kyeza ilə anlaşdı
İdman
24.08.2024 11:10
"Barselona" futbol klubu Kyezaya 2027-ci ilə qədər 4+2 milyon avro maaşla müqavilə təklif edib.
TodayPress xəbər verir ki, "Barselona" "Yuventus"un 26 yaşlı vingeri Federiko Kyeza ilə şəxsi müqaviləsinin şərtləri ilə bağlı prinsipial razılığa gəlib.
Kataloniya klubu italyalı futbolçuya 4 milyon avro maaş və 2 milyon avro bonus ödənişi ilə 2027-ci ilə qədər müqavilə təklif edib.
“Barselona”nın 26 yaşlı hücumçunun transferi üçün “Qoca Sinyora”ya 10+3 milyon avro təklif etməyə hazır olduğu vurğulanır.
Qeyd edək ki, Kyeza ötən mövsüm bütün yarışlarda 37 matça çıxıb. O, bu görüşlərdə 10 qol vurub və 3 məhsuldar ötürmə edib. Futbolçunun “Yuventus”la hazırkı müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.
Transfermarkt
portalında futbolçunun bazar dəyəri 35 milyon avro qiymətləndirilir.
Namiq
HUN
tag: Barselona,Kyeza,Yuventus,Kataloniya ,Qoca Sinyora,todaypress.az,