“Barselona” Kvaratsxeliya ilə əlaqəyə keçdi

İdman

15.11.2024 16:54

“Napoli” klubunun yarımmüdafiəçisi Xviça Kvaratsxeliya karyerasını İspaniyada davam etdirə bilər.

TodayPress “La Gazzetta dello Sport”a istinadən xəbər verir ki, gürcüstanlı futbolçu ilə “Barselona” maraqlanır. 

Kataloniya təmsilçisi artıq 23 yaşlı futbolçu ilə əlaqə saxlayıb. 

Qeyd edək ki, 2022-ci ilin yayından “Napoli”də çıxış edən Xviça Kvaratsxeliya cari mövsüm 14 matçda 5 qol vurub və 2 məhsuldar ötürmə edib. Onun Neapol təmsilçisi ilə müqaviləsi 2027-ci ilin yayına kimi qüvvədədir. Xviçanın bazar dəyiri 80 milyon avro olaraq qiymətləndirilir.

Namiq HUN

tag: Napoli, Xviça Kvaratsxeliya, Gürcüstan, İspaniya, Karyera, todaypress.az,