“Barselona” "Kamp Nou"nu hərraca çıxartdı
İdman
09.01.2025 10:44
“Barselona” futbol klubu “Kamp Nou” stadionunun köhnə əşyalarını hərraca çıxarıb.
TodayPress “beIN Sports”a istinadən xəbər verir ki, əşyalar arasında həm klubun əfsanələrinin, həm də hazırkı futbolçuların şkafları yer alıb.
Hərracda həmçinin meydanın künc bayraqları və ehtiyat skamyası yaxınlığındakı otun üzərində trafaretlə çap edilmiş təşkilat lövhələri də təqdim olunacaq.
Divarlarında argentinalı ulduz hücumçu Lionel Messinin butslarının izləri olan şkafın hərracda başlanğıc qiyməti 350 min dollar təşkil edib. Kataloniya təmsilçisinin Dieqo Maradona, Ronaldinyo və Jerar Pike kimi məşhur futbolçularının da dəyərli əşyalarının başlanğıc qiyməytləri yüz min dollarlıq məğləği üstələyib.
“Barselona” bu hərrac vasitəsilə təkcə vəsait toplamağı deyil, həm də azarkeşləri ilə klubun tarixi arasında əlaqəni gücləndirməyi hədəfləyir.
Qeyd edək ki, hərrac yanvarın 23-dən fevralın 13-dək davam edəcək.
Namiq HUN
tag: Lionel,Kataloniya, Barcelona ,Klub, todaypress.az,