“Barselona” italiyalı futbolçuya təklif göndərdi
İdman
21.08.2024 14:40
“Yuventus”un vingeri Federiko Kyeza karyerasını İspaniyada davam etdirə bilər.
TodayPress xəbər verir ki, “Barselona” italiyalı futbolçunun xidmətində maraqlıdır.
Kataloniya klubunun rəhbərliyi Kyeza üçün turinlilərə 10 milyon avro təklif edib.
Daha əvvəl Federikonun “Yuventus”un yeni məşqçilər heyətinin planlarına daxil olmadığı bildirilib.
Qeyd edək ki, 26 yaşlı yarımmüdafiəçi ötən mövsüm A Seriyasında 33 oyun keçirib. O, bu görüşlərdə 9 qol vurub və 2 məhsuldar ötürmə edib.
Namiq HUN
tag: Yuventus,Federiko, Barselona, Kyeza, Kataloniya, todaypress.az,