“Barselona” İspaniya Superkubokunun finalında

İdman

09.01.2025 09:39

Futbol üzrə İspaniya Superkubokunda finala yüksələn ilk komandanın adına aydınlıq gəlib. 

TodayPress xəbər verir ki, yarımfinalda “Atletik” və “Barselona” komandaları qarşılaşıb. 

Görüş Kataloniya təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Kataloniya təmsilçisinin heyətində Qavi və Lamin Yamal fərqləniblər. 

“Barselona”nın finalda rəqibi “Real Madrid” – “Malyorka” cütünün qalibi olacaq. 

Namiq HUN

tag: Kataloniya, Barselona, Malyorka,Superkubok, todaypress.az,