"Barselona" iki futbolçusunu itirdi
İspaniyanın "Barselona" klubunun iki futbolçusu zədələnib.
TodayPress xəbər verir ki, bunlar hücumçu Robert Levandovski və yarımmüdafiəçi İlkay Gündoğandır.
Hər iki oyunçu "Joan Qamper" yoldaşlıq turnirində "Monako" ilə matçda zədələnib.
Qarşılaşma Kataloniya təmsilçisinin məğlubiyyəti ilə başa çatıb 0:3.
Qeyd edək ki, avqustun 15-də La Liqada 2024/2025 mövsümü start götürəcək. “Barselona” klubu avqustun 17-də “Valensiya”nın qonağı olacaq.
Namiq HUN
tag: İspaniya, Barselona, Kataloniya, Liqa,Joan Qamper, todaypress.az,