“Barselona” futbolunun perspektivi 1 ay oynamayacaq

İdman

04.09.2024 14:47

"Barselona" klubu yarımmüdafiəçisi Fermin Lopesin sağalma müddətini açıqlayıb.

TodayPress xəbər verir ki, futbolçu budunun ön hissəsindəki əzələ zədələnməsi səbəbindən təxminən üç həftə meydana çıxa bilməyəcək.

Lopes, ümumilikdə La Liqada “Jirona” və "Vilyarreal", Çempionlar Liqasında isə “Monako” ilə oyunları buraxacaq.

Qeyd edək ki, 21 yaşlı yarımmüdafiəçi Parisdə Olimpiya çempionu titulunu qazanan İspaniya millisinin heyətində meydana çıxdığı 6 matçda 6 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Namiq HUN

tag: Barselona ,Fermin Lopes, Zədə, La Liqa ,Jirona, Vilyarreal, Monako, todaypress.az,