"Barselona" Frenki De Yonqla bağlı qərar verdi
“Barselona” futbol klubu yarımmüdafiəçi Frenki De Yonqu satmağa hazırdır.
TodayPress “Mundo Deportivo”ya istinadən xəbər verir ki, nederlandlı futbolçu Kataloniya təmsilçisi ilə müqaviləni gələn yaya qədər uzatmasa, klub onu satacaq.
“Barselona” 2023-cü ilin sonunda De Yonqa müqavilə təklifi edib və hələ də cavab almayıb.
Yeni müqavilədə klubun futbolçuya daha az maaş təklif etdiyi qeyd olunub.
“Barselona” 27 yaşlı yarımmüdafiəçini azad agent kimi buraxmaq istəmir.
Qeyd edək ki, Frenki De Yonqun “Barselona” ilə müqaviləsi 2026-cı ilin yayına qədərdir.
Namiq HUN
tag: Barselona ,Frenki, De Yonqa ,Müqavilə ,Kataloniya ,todaypress.az,