“Barselona” FIFA-nın reqlamentini pozdu
"Barselona"ya texniki məğlubiyyət verilə bilər.
TodayPress xəbər verir ki, “Osasuna” klubu La Liqanın XXVII turdan təxirə salınmış "Barselona" ilə oyundan sonra FIFA-nın reqlamentinin mümkün pozulması ilə əlaqədar apellyasiya şikayəti verib.
Səbəb, kataloniyalı müdafiəçi İniqo Martinesin millidən qayıtdıqdan sonra “Osasuna” ilə görüşdə iştirak etmək hüququnun olmamasıdır.
Qeyd edək ki, Martines zədə səbəbindən İspaniya millisinin heyətinə daxil edilməyib və Millətlər Liqasının 1/4 final mərhələsində Niderlanda qarşı oynamayıb. “Osasuna” ilə matçda (3:0) isə meydanda olub. Martın 17-də İspaniya Kral Futbol Federasiyası (RFEF) İniqo Martinesin tibbi səbəblərə görə milli komandadan ayrıldığını açıqlayıb. FIFA qaydalarına əsasən, milli komandanı tərk edən və ya tibbi səbəblərə görə ona qoşulmayan futbolçu beynəlxalq fasilə bitdikdən sonra ən azı 5 gün klubda oynaya bilməz.
Beynəlxalq fasilə martın 23-də başa çatıb. Bu halda FIFA reqlamentinin icazə verdiyi qaydalara istisnalar tətbiq etmək mümkün deyil.
Çünki Martinesin milli komandadan kənarlaşdırılmasının səbəbi tibbi problem olub.
Apellyasiya şikayəti təmin olunarsa, "Barselona"ya texniki məğlubiyyət verilə bilər.
Namiq HUN
tag: Barselona,İniqo Martines,Futbol,Texniki ,Məğlubiyyət,Todaypress.az,