“Barselona” əsas qapıçısını itirdi

İdman

23.09.2024 12:55

“Barselona” klubunun qapıçısı Mark-Andre ter Ştegen La Liqanın VI turunda, “Vilyarreal”la oyunun (5:1) ilk hissəsində zədələnib.

TodayPress xəbər verir ki, alman qolkiper rəqibin hücumçusu Eremi Pino ilə toqquşmadan sonra meydanı xərəkdə tərk edib. 

İlkin müayinəyə əsasən qolkiperin 8 aylıq sıradan çıxdığı bildirilir. 32 yaşlı futbolçu mövsümü erkən bitirib.

Namiq HUN

tag: Barselona, Mark-Andre Ter Ştegen, Alman ,Eremi Pino ,Vilyarreal, todaypress.az,