"Barselona" əlavə vaxtdakı penalti ilə qalib gəldi

İdman

19.04.2025 23:00

7

İspaniya çempionatının 32-ci turunda lider "Barselona" "Selta Viqo"nu qəbul edib.

TodayPress xəbər verir ki, matç ev sahiblərinin qələbəsi ilə başa çatıb - 4:3. 

Almaniyalı Hans-Diter Flikin rəhbərlik etdiyi komandada ispan hücumçu Ferran Torres, ispan yarımmüdafiəçi Dani Olmo və dubl edən braziliyalı cinah oyunçusu Rafinya fərqlənib. O, əlavə vaxtda penaltidən qələbə qolunu vurub.

Turnir cədvəlinə "Barselona" 73 xalla başçılıq edir, "Selta" 43 xalla 7-ci yerdədir.

tag: İspaniya, Barselona, Matç,Selta, Hücumçu, todaypress.az,