“Barselona” Diasla maraqlanır

İdman

16.03.2025 17:00

1237

“Barselona” maliyyə məhdudiyyətləri ilə bağlı çətinliklərə baxmayaraq, “Liverpul”un hücumçusu Luis Diası transfer etmək ideyasından imtina etmir. Klubun idman direktoru Deku artıq təmaslara başlasa da, razılaşmanın həyata keçirilməsi üçün "maliyyə feyr-pleyi" şərtlərinə riayət etmək lazımdır.

TodayPress xəbər verir ki, bu barədə İspaniyanın “Sport.es” nəşri yazıb.

Nəşrə görə, “Barselona”, maliyyə çətinliklərinə baxmayaraq, Luis Diasın transferini fəal şəkildə nəzərdən keçirir. Klubun idman direktoru Deku artıq oyunçunun nümayəndələri ilə bir neçə qeyri-rəsmi görüş keçirib və Dias klubun niyyətindən yaxşı xəbərdardır. Lakin Kataloniya təmsilçisi yayadək transfer addımları ata bilməz. Çünki "maliyyə feyr-pleyi" məhdudiyyətləri klubdan oyunçuya iddia etmək imkanına malik olmaq üçün azı bir böyük satış həyata keçirməyi tələb edir.

Nəşr qeyd edib ki, “qırmızılar”la müqaviləsinin müddəti 2027-ci ilə qədər olan Dias 2028-ci ilədək “Nyukasl” ilə müqaviləsi olan İsakla müqayisədə daha əlçatan variant hesab olunur. Dias gələn il Liverpulu tərk etməsə, onun dəyəri əhəmiyyətli dərəcədə azalacaq. Çünki 2026-cı il oyunçunun bazar şərtləri ilə satışı üçün son il olacaq.

Deku, çətinliklərə baxmayaraq, Diasla müqavilə imzalamaq üçün maliyyə şərtlərini lazımi tələblərə uyğunlaşdırmaq üçün artıq plan hazırlayıb. Sövdələşmə təxminən 70-75 milyon avroya başa gələcək ki, bu da əməkhaqqı cədvəlində təxminən 30 milyon avroluq yer açmağı tələb edəcək.

Qeyd edək ki, “Transfermarkt”a görə, kolumbiyalının bazar dəyəri 85 milyon avrodur. Əsasən vinger mövqeyində çıxış edən Dias cari mövsümdə 41 oyunda 13 dəfə fərqlənib, 5 məhsuldar ötürmənin müəllifi olub.

tag: Barselona,Liverpul,Luis Dias,Nyukasl,todaypress.az,