“Barselona” De Yonqa 18 milyon avro təklif etdi

İdman

28.09.2024 10:40

“Barselona” klubunun hücumameyilli niderlandlı yarımmüdafiəçisinin maaş borcları ilə bağlı məsələ öz həllini tapmaq üzrədir. 

TodayPress xəbər verir ki, Kataloniya təmsilçisinin rəhbərliyi Frenki de Yonq mövsümün sonunda klubu tərk etməyə razılıq verərsə, 18 milyon avro ödəməyə hazır olduğunu bildirib.

Bu barədə “Football Transfers” məlumat yayıb. 

Bildirilir ki, De Yonq koronavirus pandemiyası zamanı klubun maliyyə çətinliklərinin öhdəsindən gəlməsinə kömək etmək üçün göstərilən məbləğdən imtina edib.

Qeyd edək ki, 27 yaşlı futbolçu 2019-cu ildən “Barselona”da çıxış edir. Frenki de Yonqun klubla hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.

Namiq HUN

tag: De Yonq ,Pandemiya ,Kataloniya, Barselona ,Frenki De Yonq ,todaypress.az,