"Barselona" Dani Olmo ilə anlaşdı

İdman

09.08.2024 19:05

"Barselona" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

TodayPress xəbər verir ki, Kataloniya təmsilçisi Almaniyanın "Leypsiq" klubundan Dani Olmonu transfer edib.

Tərəflər 26 yaşlı yarımmüdafiəçinin keçidi ilə bağlı razılığa gəliblər. Olmonun müqaviləsinin müddəti 2030-cu ilin yayınadək nəzərdə tutulub. 

Qeyd edək ki, İspaniya yığma komandası ilə Avropa çempionatının qalibi olan Dani Olmo son mövsüm Bundesliqada meydana çıxdığı 25 oyunda 8 qol vurub və 5 məhsuldar ötürmə edib.

Namiq HUN

tag: Barselona, Kataloniya, Almaniya, İspaniya, Avropa, todaypress.az,