“Barselona” cinahı Kinqsli Komana tapşırdı

İdman

08.08.2024 10:09

Almaniyalı məşqçi Hans-Diter Flik keçmiş futbolçusunu “Barselona”ya gətirmək istəyir. 

TodayPress xəbər verir ki, Kataloniya klubu Kinqsli Komanı transfer etmək imkanını nəzərdən keçirir.

“Barselona”nın cinah oyunçusu mövqeyi üçün əsas seçimi “Atletik”dən Niko Uilyamsdır. Lakin 58 milyon avroluq təzminat tələbi klubu başqa variantlara keçməyə məcbur edə bilər.

“Bavariya” Komanı almaq şərti ilə icarəyə verməyə razıdır. 

Namiq HUN

tag: Almaniya, Hans-Diter, Barselona, Kataloniya,Kinqsli Koma, todaypress.az,