“Barselona” beş futbolçunu hədəfə aldı
İdman
24.12.2024 12:18
“Barselona” klubu beş futbolçu ilə maraqlanır.
TodayPress “Sport.es”ə istinadən xəbər verir ki, klub rəhbərliyi əsasən “Atletik”in və İspaniya yığmasının futbolçusu Niko Uilyamsı heyətinə qatmaq niyyətindədir.
Futbolçunun transferi üçün 60 milyon avro tələb olunsa da, Kataloniya təmsilçisi 2025-ci ilin yayında transferi həyata keçirəcəyinə inanır.
“Barselona” “Napoli”dən Xviça Kvaratsxeliyanın, “Milan”dan Rafael Leaunun və “Mançester Yunayted”dən Markus Reşfordun mümkün transferini araşdırır. Hər üç futbolçu üçün yüksək maliyyə tələb olunur.
Klub üçün maliyyə baxımından ən əlverişli transfer “Çelsi”nin fransalı futbolçusu Kristofer Nkunku hesab edilir.
Namiq HUN
tag: Çelsi ,Reşford ,Klub ,Transfer, todaypress.az,