"Barselona" Bernala uzunmüddətli müqavilə təklif etdi

İdman

09.09.2024 17:30

"Barselona" klubu ağır zədələnən futbolçusu Mark Bernala yeni müqavilə təklif edib.

TodayPress xəbər verir ki, 17 yaşlı yarımmüdafiəçinin sözləşməsinin müddəti 2026-cı ilin yayınadək nəzərdə tutulub.

Bernalın 18 yaşı olanda müddət 2029-cu ilədək uzadılacaq.

Mark Kataloniya təmsilçisinin əsas komandasında 15 oyun keçirdikdən sonra maaşı da artacaq.

Qeyd edək ki, futbolçu La Liqanın III turunda “Rayo Valyekano” ilə matçda sıradan çıxıb. Bernalın sol dizinin çarpaz bağı qopub və menisk nahiyəsindən zədələnib.

Namiq HUN

tag: Barselona,Mark Bernal,Yarımmüdafiəçi,Kataloniya ,La Liqa,Rayo Valyekano,todaypress.az,