"Barselona" Bernala 500 milyon avro qiymət qoydu
İdman
01.10.2024 10:01
"Barselona" 17 yaşlı Mark Bernalla yeni müqavilə imzalayıb.
TodayPress klubun saytına istinadən xəbər verir ki, Kataloniya təmsilçisi yarımmüdafiəçi ilə müqavilənin müddətini 2026-cı ilin iyununa kimi uzadıb. Ona 500 milyon avro təzminat qiyməti qoyulub.
Qeyd edək ki, gənc yarımmüdafiəçi əsas komandada La liqanın ilk turunda “Valensiya” ilə matçda debüt edib. Bernal daha sonra “Atletik Bilbao” və “Rayo Valyekano” ilə görüşlərdə də heyətdə yer alıb.
Son matçdan sonra futbolçuya ön çarpaz bağın zədələnməsi diaqnozu qoyulub və o, əməliyyat olunub. Mark Bernallın gözlənilən sağalma müddəti 12 aydır.
Namiq HUN
tag: Barselona,Mark Bernal,Kataloniya ,Valensiya,La liqa,Atletik Bilbao,Rayo Valyekano,todaypress.az,