"Barselona" Avropa çempionunu transfer edir
İdman
20.07.2024 09:54
"Barselona" futbol klubu " Leypsiq"in hücumameyilli yarımmüdafiəçisi Daniel Olmonun transferi ilə bağlı danışıqlara başlayıb.
TodayPress xəbər verir ki, ispan yarımmüdafiəçinin agenti Kataloniya təmsilçisinin rəsmi nümayəndələri ilə görüşüb.
Olmonun agenti transfer məbləğinin oyunçunun 60 milyon avro olan təzminat məbləğinə yaxın olmasında israr edir.
Daha əvvəl "Barselona"nın yetirməsi olan ispan futbolçuya 6 illik müqavilə təklif etdiyi bildirilirdi.
Yarımmüdafiəçi İspaniya millisinin heyətində Avropa çempionu titulunu qazanıb. O, həmçinin üç qol vuraraq turnirin bombardiri olub.
Qeyd edək ki, Daniel Olmo bütün yarışlarda 33 matçda iştirak edib, 13 qol vurub və 7 məhsuldar ötürmə edib. Transfermarkt portalında futbolçunun bazar dəyəri 60 milyon avro qiymətləndirilir.
Namiq HUN
tag: Barselona, Avropa, Daniel, İspaniya, todaypress.az,