"Barselona" "Arsenal"ın əsas yarımmüdafiəçisini istəyir
İdman
31.12.2024 09:39
"Barselona"nın yaxın vaxtlardakı transfer hədəflərindən biri "Arsenal"ın dayaq yarımmüdafiəçisi Tomas Parti ola bilər.
TodayPress xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb.
Belə ki, komanda onu gələn yay azad agentə çevriləndən sonra heyətinə qatmağa çalışacaq.
Bu profildən yeni oyunçu axtarışına səbəb “Barselona”nın Frenki de Yonqun oyununu klubun ümid etdiyi səviyyəyə yüksəldəcəyinə inanmamasıdır.
De Yonq 2019-cu ilin yayında "Ayaks"dan "Barsa"ya keçib.
Parti 2020-ci ilin payızında "Atletiko Madrid"dən "Arsenal"a keçib. Bu mövsüm 25 matçda 2 qol vurub, 2 məhsuldar ötürmə edib.
“Transfermarkt” portalı 31 yaşlı Partinin 15 milyon avro qiymətləndirir.
tag: Barselona,Arsenal,Tomas Parti,Mundo Deportivo, Frenki de Yonq,todaypress.az,