“Barselona” almaniyalı futbolçunu hədəfə aldı

İdman

27.01.2025 13:50

“Barselona” klubu “Bavariya”nın futbolçusu Yozua Kimmixlə danışıqlar aparır. 

TodayPress “El Nacional” nəşrinə istinadən xəbər verir ki, Kataloniya təmsilçisi almaniyalı yarımmüdafiəçi ilə tezliklə anlaşmaq niyyətindədir. 

Qeyd edək ki, Yozua Kimmixin Münhen klubu ilə müqaviləsinin müddəti yayda başa çatacaq.

O, cari mövsüm bütün turnirlərdə meydana çıxdığı 29 oyunda 1 qol vurub və 8 məhsuldar ötürmə edib. 

 Namiq HUN

tag: Braselona,Klub,Münhen,Məhsuldar,Todaypress.az,