"Barselona" 5 futbolçusundan faydalanmaya bilər

İdman

14.08.2024 18:00

"Barselona" klubu La Liqanın yeni mövsümü üçün 5 futbolçusunu qeydiyyatdan keçirə bilməyib.

TodayPress xəbər verir ki, Kataloniya təmsilçisi Dani Olmo, İniqo Martinez, Pablo Torre, Pau Viktor və Aleks Vallenin bacarığından faydalanmaya bilər. 

Klub ilk növbədə maliyyə problemlərini qaydaya salmalıdır. 

“Barselona” son mövsümlərdə maliyyə feyr-pley qaydaları ilə əlaqədar problemlər yaşayır. La Liqanın qaydalarına əsasən, futbolçular matçın başlamasına bir neçə dəqiqə qalmış qeydiyyatdan keçə bilərlər.

Qeyd edək ki, “Barselona” avqustun 17-də İspaniya çempionatının 1-ci turu çərçivəsində "Valensiya" ilə qarşılaşacaq. 

Namiq HUN

tag: Barselona, La Liqa, Valensiya, Çempionat, İspaniya, todaypress.az,