“Barselona” 5 futbolçusuna qapını göstərəcək

İdman

27.12.2024 14:13

“Barselona” klubunun yollarını ayırmaq istədiyi futbolçular məlum olub. 

TodayPress xarici mətbuata istinadən xəbər verir ki, Kataloniya təmsilçisi mövsümün sonunda Erik Qarsiya, Andreas Kristensen, Pablo Torre və Frenki de Yonq ilə vidalaşmaq istəyir. Təklifdən asılı olaraq Ansu Fati də satıla bilər. 

Qeyd edək ki, “Barselona” qış transferində “Mançester Yunayted”in hücumçusu Markus Reşfordu heyətinə qatmağı planlaşdırır.

Namiq HUN

tag: Barselona, Qış ,Transfer ,Kataloniya, todaypress.az,