“Barselona” 21 yaşlı Uliyamsa elçi düşdü
İdman
04.06.2024 16:25
"Barselona" klubu əsas transfer hədəfini müəyyən edib.
TodayPress xəbər verir ki, İspaniya nəhəngi "Atletik"in vingeri Niko Uilyamsı transfer etmək istəyir.
21 yaşlı futbolçu Kataloniya klubunun yay transfer pəncərəsi üçün prioritet transfer hədəfidir. "Barselona"nın idman direktoru Deko artıq futbolçunun agenti ilə əlaqə saxlayıb. Uilyamsın müqaviləsindəki təzminat məbləği 50-60 milyon avro təşkil edir.
Maraqlısı odur ki, "Atletik" ödənişi bir neçə tranşa bölməyə razı olsa, "Barselona" futbolçuya görə, daha yüksək məbləğ təklif edə bilər. Əsas bu sxemin basklara uyğun gəlməsidir.
Qeyd edək ki, Niko Uilyams "Atletik"in yetirməsidir. O, 2021-ci ildən əsas komandada çıxış edir. Vinger son mövsüm 37 oyuna çıxıb, 8 qol vurub və 17 məhsuldar ötürmə edib.
Namiq HUN
tag: Barselona, Uliyam, Atletik, Futbolçu, todaypress.az,