“Barselona” 1/8 finalı təmin etdi

İdman

22.01.2025 09:56

UEFA Çempionlar Liqasında 1/8 final və pley-off mərhələsini təmin edən müəyyən klubların adlarına aydınlıq gəlib.   

TodayPress xəbər verir ki, Liqa mərhələsinin VII turunun ilk oyun günündən sonra 1/8 final mərhələsində iştirakına zəmanət verilən ikinci klub məlum olub. 

Lissabonda “Benfika” üzərində (5:4) qələbə qazanan “Barselona” xal hesabını 18-ə yüksəltməklə 1/8 finalı təmin edib.

Kataloniya təmsilçisi son turun nəticəsindən asılı olmayaraq 8-liyi tərk etməyəcək. 

21 xalla lider olan “Liverpul” isə hamıdan əvvəl Çempionlar Liqasının 1/8 final mərhələsindəki yerini təmin edib. 

“Atletiko”, “Atalanta”, “Arsenal”, “Bayer04”, “İnter”, “Aston Villa”, “Brest”, “Monako” və “Lill”in isə pley-off mərhələsində oynayacağı dəqiqləşib. 

Xatırladaq ki, Çempionlar Liqasında 1-8-ci yeri tutan klublar 1/8 finala yüksələcək, 9-24-cü yeri tutanlar isə 1/8 finala çıxmaq üçün 2 matçdan ibarət pley-off qarşılaşmalarında güclünü müəyyən edəcəklər. 

24-36-cı yeri tutan klublar avrokuboklarda mübarizəni başa vuracaqlar.   

Namiq HUN

tag: Klub,Avrokubok,Mübarizə,Benfika,Barselona,Todaypress.az,