“Barsa”nın gürcü vingerə ehtiyacı var
İdman
03.12.2024 14:11
“Barselona” klubu “Napoli”nin cinah futbolçusu Xviça Kvaratsxeliyanın transferini nəzərdən keçirir.
TodayPress Sport.es saytına istinadən xəbər verir ki, Kataloniya təmsilçisi komandada sol vinger mövqeyini gücləndirməyi zəruri hesab edir.
“Barsa” “Milan”ın futbolçusu Rafael Leaonun namizədliyini nəzərdən keçirsə də, gürcü futbolçunun transferi daha məqsədəuyğun hesab olunub.
Kvaratsxeliya 2022-ci ilin yayından “Napoli”də top qovur. Xviçanın klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir.
23 yaşlı futbolçu cari mövsüm meydana çıxdığı 16 matçda 5 qol vurub və 3 məhsuldar ötürmə edib.
Namiq HUN
tag: Barselona, Napoli, Xviça, Kataloniya, todaypress.az,