“Barsa” Yamalla yeni müqavilə imzalayacaq
“Barselona” klubu İspaniya millisi ilə Avropa çempionu titulunu qazanan Lamin Yamalla müqavilənin müddətini uzadacaq.
TodayPress “Barca Universal”a istinadən xəbər verir ki, vinger 18 yaşına çatanda onun sözləşməsinin müddəti 6 il artırılacaq.
Artıq tərəflər bununla bağlı razılıq əldə ediblər.
Lamin Yamalın təzminat məbləği 1 milyard avrodur.
Onun hazırkı müqaviləsinin müddəti 2026-cı ilin yayınadək nəzərdə tutulub.
Qeyd edək ki, vinger cari mövsüm bütün turnirlərdə 16 matçda 6 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.
Namiq HUN
tag: Lamin Yamall, Təzminat, Müqavilə, Matç, todaypress.az,