"Barsa" şərtini açıqladı: Levandovskinin cavabı nə olacaq?
İdman
18.10.2024 14:00
Polşa millisinin üzvü Robert Levandovskinin İspaniyanın "Barselona" klubu ilə müqaviləsinin müddəti bir şərtlə uzadılacaq.
TodayPress xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniya təmsilçisinin prezidenti Xuan Laporta bunun reallaşması üçün tələb olunan şərti açıqlayıb.
O, oyunların 50 %-də iştirak edəcəyi təqdirdə R.Levandovskinin müqaviləsinin müddətinin uzadılacağını bildirib.
Qeyd edək ki, 36 yaşlı polşalı futbolçu cari mövsüm La Liqa və Çempionlar Liqasında 11 oyunda forma geyinib, 12 qola, 2 məhsuldar ötürməyə imza atıb. Ötən mövsüm "Bavariya"dan (Almaniya) transfer olunan futbolçunun "Barselona" ilə hazırkı müqaviləsinin müddəti 2026-cı ilə qədərdir.
tag: Polşa,Robert Levandovski,Barselona,La Liqa,Bavariya,todaypress.az,